https://525.az/img/pics/medium/2024-05/313900_od1mr6m3eb.jpg “525-ci qəzet”in 16 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/313804_70j4zh0qi2.jpg Hava monitorinqində yeniləşmə: xəbərdarlıqda fərqli mexanizm
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/313806_qbtdt1xtwp.jpg Bədii tərcümə tarixində seçilən imza - Vilayət Cəfərov
search
16 May 2024
15 May 2024

Buffon 12 il əvvələ qayıtmaq istəyir

Buffon 12 il əvvələ qayıtmaq istəyir

İtaliya millisinin keçmiş üzvü, əfsanəvi qapıçı Canluici Buffon karyerasının ən unudulmaz matçını xatırlayıb.

QOL.az  xəbər verir ki, 46 yaşlı sabiq qolkiper 2012-ci il Avropa çempionatının İtaliya - İspaniya final görüşünü təkrar oynamaq istədiyini deyib: 

“Karyeramda hər hansı bir oyunu təkrar oynaya bilsəm, bu, 2012-ci ildə İspaniyaya qarşı Avropa çempionatının finalı olardı. Biz məğlubiyyətə layiq deyildik. Yorğun idik. Heç vaxt məğlubiyyətə bəhanə axtarmıram, amma dözülməz psixofiziki şəraitdə oyunu keçirdik. Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. İspaniyaya qarşı heç nə edə bilmədik. Amma qrup mərhələsində onlara uduzmayan yeganə komanda biz idik”.

Qeyd edək ki, Ukrayna və Polşanın ev sahibliyi etdiyi Avro-2012-nin finalında İtaliya İspaniyaya 0:4 hesabı ilə uduzub. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.