
Çin Böyük Britaniyanın Honq-Konq Xüsusi İnzibati Bölgəsindən olan bəzi vətəndaşlarının casusluq ittihamı ilə tutularaq istintaqa cəlb edilməsinə reaksiya verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vamq Vınbin Pekində keçirilən gündəlik mətbuat konfransında Britaniya səlahiyyətlilərinin 3 Çin vətəndaşını saxlamasından "dərin narahat olduqlarını" bildirib.
İngiltərənin bir müddətdir "Çin casusları" və "Çinin kiber hücumu" iddialarını şişirtdiyini müdafiə edən sözçü Vanq: "Bütün bu ittihamlar əsassızdır və qəbuledilməz bir düşmənçilik formasıdır", - deyib.
"Çin məhkəmə ədaləti və milli təhlükəsizlik adı altında oynanan bu alçaq və siyasi motivli oyunları rədd edir", - Vanq əlavə edib.
Qeyd edək ki, Britaniya polisi həftənin əvvəlində üç nəfərin Honq Konq kəşfiyyat xidmətinə yardım göstərmək ittihamı ilə Milli Təhlükəsizlik Qanunu çərçivəsində saxlanıldığını açıqlayıb. Çinin Londondakı səfiri Çinq Zıquanq ölkəsinin Britaniya ərazisinə casusluq və kiber hücumlar təşkil etdiyi iddiası ilə İngiltərə Xarici İşlər Nazirliyinə çağırılıb.
Malik Atilay



