
ABŞ Prezidenti Co Bayden Vayominqdə kriptovalyuta hasilatı ilə məşğul olan çinli sahibkarlara serverlərinin yerləşdiyi ərazini satmaq üçün 120 gün vaxt verib.
525.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bunun səbəbi, bu obyektin ABŞ-nin nüvə ballistik raketlərinin yerləşdiyi ABŞ Hərbi Hava Qüvvələri bazasının yaxınlığında yerləşməsidir.
“Xarici mülkiyyətin strateji raket bazasına yaxınlığı və xüsusi istehsal olunan avadanlıqların orada yerləşdirilməsi təhlükə yaradır", - deyə o bildirib.
Havar Şəfiyeva



