Sinqapurun Baş naziri Li Hsien Lunq bu gün 20 illik səlahiyyət müddətini başa vurur.
525.az xəbər verir ki, Li 2004-cü ildən bəri tutduğu Baş nazir vəzifəsini öz partiyasından olan Baş nazirin müavini və maliyyə naziri Lourens Vonqa təhvil verəcək.
İnkişaf etmiş və sabit iqtisadiyyatı ilə Cənub-Şərqi Asiyanın ən mühüm ticarət və maliyyə mərkəzlərindən biri olan ölkənin uğur hekayəsini Sinqapurun qurucu lideri və ilk baş naziri Li Kuan Yu-nun oğlu Li Lung yazıb.
Linin dövründə iqtisadi bərabərsizliklər də nisbətən yaxşılaşıb. Həmçinin, bir ölkədə gəlir bərabərsizliyini ölçən Cini əmsalı son 20 ildə 0,42-dən 0,37-ə enib.
Məhəmməd Tağıyev