Slovakiyanın Baş naziri Robert Fiko silahlı hücumda yaralanıb və xəstəxanaya yerləşdirilib.
525.az xəbər verir ki, ölkənin Trençin vilayətinin Handlova qəsəbəsindəki Mədəniyyət Evində keçirilən Nazirlər Şurasının iclasından sonra binaya atəş açılıb. Belə ki, üç dövr Slovakiyanın Baş naziri olmuş Robert Fiko silahlı hücum nəticəsində yaralanıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin hücum edəni yaxaladığı açıqlanıb.
Məhəmməd Tağıyev