|
|
|
|
Nepallı alpinist Kami Rita 29-cu dəfə dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsinə qalxaraq dünya rekordu qırıb.
525.az BBC-nin xəbərinə istinadən bildirir ki, 1994-cü ildə ilk dəfə 8 848 metrlik zirvəyə qalxan 54 yaşlı Ritanın bir dəfə daha dağa qalxması ilə öz rekordunu qırdığı və "dırmanan adam" ünvanına sahib olduğu bildirilib.
Nepalın ev sahibliyi etdiyi dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsinə 29-cu dəfə çıxmağı bacaran Ritanın “Everest adamı” kimi tanındığı bildirilib.
Nepallı şerpa (yerli bələdçi) Ritanın yeni dırmaşması ilə dünya rekordu qırdığı vurğulanıb və onun illərdir turist bələdçisi kimi fəaliyyət göstərdiyi qeyd edilib.
"Everest Today" sosial media hesabında edilən paylaşımda britaniyalı alpinist Kenton Kulun Kami Rita ilə eyni gündə öz rekordunu qırdığı bildirilib.
Qeyd edən ki, ötən il 600-dən çox alpinist Everestin zirvəsinə qalxa bilsə də, 18 alpinist həlak olub.
Malik Atilay