|
|
|
|
ABŞ-nin Kolorado ştatında mübahisə zamanı güllələnən şəxs mərminin zəncir boyunbağına ilişməsi səbəbilə ciddi xəsarət almadan xilas olub.
525.az xəbər verir ki, çərşənbə axşamı Kolorado ştatında iki şəxs arasında yaranan mübahisə nəticəsində bir nəfər silahla boynundan vurulub. Polis verdiyi açıqlamada güllənin vurulan şəxsin boynunda zəncir boyunbağıya ilişdiyi üçün ciddi xəsarət almadan xilas olduğunu bildirib.
Açıqlamada: "Təxminən on millimetr enində olan bu gümüş zəncir atışma qurbanının hələ də sağ olmasının yeganə səbəbidir", - deyə qeyd edilib.
Məhəmməd Tağıyev