|
|
|
|
ABŞ-nin Nyu-York şəhərində bir göldə maqnitlə balıq ovu edən iki nəfər 100 min dollar nağd pul olan seyf tapıb.
525.az xəbər verir ki, Ceyms Keyn və Barbi Aqostini Kuinsdəki Meadows Corona Parkında gölə ucu maqnitlə bağlanmış kəndir atıb. Seyfi açan ikili zədələnmiş 100 dollarlıq əskinaslarla qarşılaşıb.
Qeyd edək ki, polis pulun heç bir cinayətlə əlaqəsi olmadığını deyib və ikiliyə pulu saxlamağa icazə verib.
Məhəmməd Tağıyev