Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada insanların ölməsi və yaralanması ilə nəticələnən etirazlar aksiyaları fonunda vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək.
525.az xəbər verir ki, bu barədə AFP agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.
Bildirilib ki, E.Makron mövcud vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Xatırladaq ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.
Qeyd edək ki, ötən gecə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 3 nəfər ölüb, 140 nəfəri həbs edilib ("Report").