
İraq şiə qrupları İsrailə hücum üçün yeni pilotsuz uçuş aparatından istifadə etdiklərini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Söhbət ilk dəfə istifadə edilən iki “Əl-Arfad” pilotsuz təyyarəsindən gedir.
Bundan əvvəl İraqdakı şiə silahlı qruplaşmaları İsrailin şimalındakı Hayfa limanına raket hücumu həyata keçirdiklərini bəyan ediblər. Yaraqlılar Qəzza zolağında gedən döyüşlərə cavab olaraq İsraildəki hədəflərə hücumları davam etdirəcəklərini bildiriblər.
Havar Şəfiyeva



