Polşanın Krakov şəhərinin qərbində Myslowice-Wesola kömür mədənində çökmə nəticəsində 3 işçi həyatını itirib.
525.az xəbər verir ki, mədəni idarə edən "Polşa Mədənçilik Qrupu" şirkətinin sözçülərindən biri Aleksandra Siembiqa dünən mədəndə 15 işçinin olduğu şaxtanın çökməsi ilə bağlı açıqlama verib.
Siembiqa axtarış-xilasetmə işlərinin yekunlaşdığını və üç mədənçinin cəsədinin tapıldığını qeyd edib. Qəzanın səbəbi isə hələlik məlum deyil.
Qeyd edək ki, axtarış-xilasetmə qrupları çökən mədəndə yaralanan 12 şaxtaçını xilas edib.
Məhəmməd Tağıyev