|
|
|
|
Hizbullah Hərəkatı İsrail ordusunun Livanın cənubunda bir səhra zabitini öldürməsinə cavab olaraq, İsrailin hərbi hədəflərinə İran istehsalı raketlərlə hücum edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundakı Sur şəhəri yaxınlığında Hizbullahın səhra komandirlərindən Hüseyn İbrahim Məkkinin ölümü ilə nəticələnən hava hücumuna cavab olaraq, dünən İsrailə qarşı iki ayrı hücumun təşkil edildiyi bildirilib.
Belə ki, İsrailin Yuxarı Cəlil bölgəsində yerləşən Meron Hava Bazasındakı kəşfiyyat avadanlığı Katyuşa raketləri, artilleriya atəşi və ağır raketlərlə hədəfə alınıb.
Həmçinin, Branit hərbi bazasında yerləşən 91-ci briqada İran istehsalı olan "Burkan" raketi ilə tam dəqiqliklə vurulub.
Məhəmməd Tağıyev