https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
16 May 2024

Azərbaycandan Olimpiya Oyunlarında növbəti medal

Azərbaycandan Olimpiya Oyunlarında növbəti medal

Bu gün Rio Olimpiadasında kayak yarışlarında final yarışları keçirilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya bu mərhələdə mübarizə aparıb.
 
1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı idmançımızın həlledici yürüşdə rəqibləri İnna Klinova (Qazaxıstan), Linnea Stensils (İsveç), Sarah Quyot (Fransa), Liza Karrinqton (Yeni Zelandiya), Marta Valçikeviç (Polşa), Tereza Rivas Portela (İspaniya) və Spela Yaniç Ponomarenko (Sloveniya) olub. Bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançımız finişə 40,401 saniyəyə çatıb. O, bu nəticə ilə bürünc medal qazanıb.

Yeni Zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.