https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
17 May 2024
16 May 2024

Rəsul Çunayev bürünc medal qazandı

Rəsul Çunayev bürünc medal qazandı
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, avqustun 16-da Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən, Avropa və dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/16 finaldan start verib. O, ilk görüşdə kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
 
Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.
 
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.
 
O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.
 
Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda Cənubi Koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.
 
Bu, güləş millimizin ikinci bürünc, ümumilikdə isə, Azərbaycan yığmasının sayca beşinci medalıdır (0-2-3).
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.