https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
16 May 2024

Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada oyuna çıxırlar

Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada oyuna çıxırlar

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə,  Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.
 
Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.
 
Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq.  3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən “radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadı.
 
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
 
J qrupu
 
21:00.  “Qarabağ” - PAOK (Yunanıstan)
 
Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

C qrupu
 
23:05. “Sent-Etyen” (Fransa) - “Qəbələ”
 

Baş hakim: Ali Palabıyık
Sent-Etyen. “Joffrua Qişar” stadionu

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.