https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
17 May 2024
16 May 2024

UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana getmək problem deyil"

UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana getmək problem deyil"

"Portuqaliyadan Azərbaycana getmək, misal üçün, Nyu-Yorka getmək kimi bir şeydir".

525.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının final maçtının gələcəkdə Avropadan kənarda keçirilməsinin mümkünlüyü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Avropanın bəzi ölkələri arasında məsafə çox olduğundan, bu cür addım atmaq mümkündür: "Azarkeşlər üçün bu, əlbəttə, problem deyil, amma görək necə olur?! Çempionlar Liqası Avropa miqyaslı yarışıdır və ona görə də məsələni ciddi götür-qoy etmək lazımdır".

A.Çeferin bunun üçün başqa bazarlar barədə düşünməyin lazım olduğunu bildirib: "Bunu necə edəcəyimizi hələ bilmirəm. Çin maliyyə baxımından inkişaf etmiş bir ölkədir, Amerika isə o qədər də yox. Ancaq futbol hər yerdə inkişaf edir".

Qeyd edək ki, 2016/2017 mövsümünün finalı 2017-ci il iyunun 3-də Uelsin Kardif şəhərindəki "Milenyum" stadionunda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.