Son günlər bir sıra KİV-də bəzi qida məhsullarının Ermənistandan Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında yer alan məlumatda bildirilir.
Komitənin Mətbuat Xidmətinin açıqlamasında deyilir ki, Azərbaycan ilə Ermənistan arasında heç bir ticarət əlaqəsi yoxdur:
"Həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil".