Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz musiqisi axşamı təşkil ediləcək.
Sarayın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, musiqi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərlər səsləndiriləcək.
Konsertdə tanınmış və gənc musiqiçilərin ifaları dinləniləcək.