Yanvarın 27-si gün ərzində 28-i səhərədək ölkə ərazisində hava şəraiti yağıntılı keçib, qar yağıb, Böyük Qafqazın bəzi ərazilərində intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 2-24, Kiçik Qafqazda 8-14, Naxçıvan MR-da 3-6, Lənkəran-Astara zonasında 1-12, Mərkəzi-Aran rayonlarında 1-10, Qazax-Gəncə zonasında 1-5 mm olub.