“Azərbaycan” jurnalının mart sayı işıq üzü görüb. “Nəsr” bölməsində Mübariz Örənin “Ağ buludlar” povesti və Vəfa Mürsəlqızının “Ekler”, “Səs”, “Qabyuyan” hekayələri yer alıb.
Əlizadə Nuri, Ənvər Əhməd, Əhməd Qəşəmoğlu, Eynulla Sadıq, Heydər Ələddinoğlu, Murad Köhnəqala, Yusif Nəğməkar, Eldar İsmayıl və Rəşad Mahmudoğlunun şeirləri “Poeziya” bölümündə verilib.
“Molla Pənah Vaqif - 300” adlı xüsusi rubrikada Nizami Cəfərov “Vaqifin dövrü, həyatı və dünyagörüşü”ndən yazıb.
Vilayət Quliyev şair Abdullah Cövdətin dostu Əli bəy Hüseynzadəyə məktublarını “Publisistika” bölməsində təqdim edib. Anarın Xurşidbanu Natəvandan bəhs edən “Yaralı heykəl, yaralı yaddaş” yazısı “Esse” bölümündədir.
“Məmməd Orucun 70 yaşı” rubrikasında İntiqam Qasımzadənin nasirlə söhbəti və Vaqif Yusiflinin “Yetmiş ilin Məmməd Orucu” yazısı öz əksini tapıb.
Qəşəm Nəcəfzadənin Əjdər Olun özü və şeirlərinə həsr olunmuş “Bir könül səhra içində” yazısı, Təranə Faiqqızının “Nənəm” hekayəsi və “Tut ağacı” essesi “Xatirələr, duyğular” bölməsində verilib.
“Tənqid və ədəbiyyatşünaslıq” bölümündə Təyyar Salamoğlu “Qaranlıq dünya” problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları”, İslam Sadıq “Səməd Vurğun və “Koroğlu” dastanı”, Tənzilə Rüstəmxanlı “Yaşar Qarayevin yaradıcılığında milli istiqlal problemi” mövzusuna toxunublar.
MÜŞFİQ