Aprelin 11-də Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şitterer Tərcümə Mərkəzində olub.
Bu barədə 525.az-a mərkəzdən məlumat verilib.
Məlumata görə, görüşdə artıq bir neçə dildə müxtəlif ölkələrdə nəşr olunmuş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın fransız dilinə mükəmməl səviyyədə tərcüməsi məsələləri, həmçinin Fransa-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dair digər məsələlər müzakirə olunub.