|
|
|
|
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi 2 ilə yekunlaşacaq".
"APA-Eocnomics" TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənai bildirib.
Səfirin sözlərinə görə, "Şimal-Cənub" dəhlizi üzrə ilk tədarük Rəşt şəhərində olan Bəndər-Abbas limanından, sonra isə yük maşını ilə Azərbaycan sərhədinə, ardınca qatarla baş tutacaq.
"Rəşt-Astara hissəsində kiçik bir hissə qalır və iki il ərzində bu hissədə işlər yekunlaşacaq. Düşünürəm ki, "Şimal-Cənub" dəhlizi üzrə işlər tezliklə başa çatdırılacaq, çünki hər 3 ölkənin - Rusiya, Azərbaycan və İranın bununla bağlı ümumi razılığı var", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi 170 km uzunluğunda olan Rəşt-Astara dəmir yolunun tikintisini labüd edir. Layihənin məqsədi "Şimal-Cənub" dəhlizi üzrə əraziləri birləşdirərək Transxəzər multimodal marşrutunun iqtisadi səmərəliliyini artırmaqdır. İran ərazisində olan Rəşt-Astara xəttinin Rusiya və İranla, Astara (İran) - Astara (Azərbaycan) hissəsinin isə Rusiya, Azərbaycan və İranın birgə iştirakı ilə tikintisi nəzərdə tutulur.
Xatırladaq ki, "Şimal-Cənub" dəhlizi haqqında razılaşma Rusiya, İran ası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" saziş"ə qoşulub. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.