|
|
|
|
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Uşaq xor kollektivlərinin VIII respublika xor müsabiqəsi başa çatıb.
Müsabiqənin nəticələrinə görə: “Qran-Pri mükafatına C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbi, I yerə Q.Qarayev adına 8 saylı 11 illik Musiqi Məktəbi, II yerə R.Behbudov adına 2 saylı 11 illik Musiqi Məktəbi, R.Hacıyev adına 15 saylı 11 illik Musiqi məktəbi, Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbi, III yerə K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbi, Niyazi adına 22 saylı uşaq musiqi məktəbi, Ə.Bədəlbəyli adına 23 saylı uşaq musiqi məktəbləri layiq görüldü.
4 saylı uşaq incəsənət məktəbi, 4 saylı uşaq musiqi məktəbi, Ə.Bakıxanov adına 6 saylı, 10 saylı, 28 saylı və Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi Məktəbi müsabiqənin həvəsləndirici mükafatına layiq görülüblər.
GÜNEL



