“Niderland irəli sürdüyü təkliflərin Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişə dair danışıqları gücləndirəcəyinə ümid edir”.
APA-nın xəbərinə görə, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.
Ölkəsinin Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara müsbət baxdığını söyləyən səfir Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunu bildirib:
“Avropa İttifaqının danışıqlara dair razılaşdırılmış mandatı var. Mandatın formalaşmasında da Niderlandın öz təklifləri olub. Danışıqların gedişində ayrı-ayrı dövlətlər öz təkliflərini verə bilər. Niderland bu danışıqları “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində nəzərdən keçirir.
Ümid edirik ki, Niderlandın təklifləri noyabrda “Şərq tərəfdaşlığı” sammitində aparılacaq danışıqları, o cümlədən, Aİ və Azərbaycan arasında imzalanacaq yeni sazişə dair aparılan danışıqları gücləndirəcək”.