|
|
|
|
TÜRKSOY Beynəlxalq Təşkilatının təşəbbüsü ilə mayın 12-dən 14-nə qədər Qazaxıstanın Türküstan şəhərində türkdilli ölkələrin yazıçılarının və ədəbiyyatşünaslarının toplantısı keçirilib.
Şair, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil toplantıda məruzə ilə çıxış edib.
TÜRKSOY sədri Düsen Kaseinov Zahid Xəlilin 75 illik yubileyi münasibətilə yubilyarı "Haldun Taner-100" medalı ilə təltif edib.
Həmçinin, Zahid Xəlilə Cənubi Qazaxıstan Əyalət Valisi Şanseyt Tüymebayevin də təşəkkür məktubu təqdim edilib.