|
|
|
|
Mayın 11-dən 12-dək Romanın "Auditorium della Tecnica" sarayında İtaliyanın "Road To Green 2020" hərəkatının təşkilatçılığı ilə "Gələcəyin Şəhəri" ("La Citta del Futuro") adlı tədbir keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələrinə həsr edilmiş sərgi təşkil olunub.
Tədbir zamanı səfirliyin əməkdaşı Zaur Qədiməliyev çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən, mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına "Bakı Ağ Şəhər", Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.
Ceyhun ABASOV