Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalının rəisi vəzifədən azad edilib.
APA-nın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Hərbi-Tibb İdarəsinin rəisi, polkovnik Kamovar Xaçatryan deyib ki, Mərkəzi Klinik Hərbi Hospitalın rəisi, polkovnik Aram Asaturyan vəzifəsindən çıxarılaraq ehtiyata göndərilib.