TÜRKSOY-un baş katibi Düsen Kaseinov Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən 525.az-a verilən məlumata görə, D.Kaseinov qurumun direktoru, yazıçı Afaq Məsudu yubileyi münasibəti ilə təbrik edərək mərkəzin türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən söz açıb.
Baş katib uğurlu fəaliyyətinə görə A.Məsudun TÜRKSOY-un medalına layiq görüldüyünü bildirib və medalı sahibinə təqdim edib.