"Avropa İttifaqı genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycana səfəri Brüsseldə noyabrda keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti öncəsi vacib səfərdir".
APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib ki, belə səfərlər tərəfdaş ölkələrə mütəmadi əsasda həyata keçirilir.
Qeyd edək ki, Y. Han Azərbaycana iyunun 16-da gələcək.