Bugünlərdə Elçin İsgəndərzadənin Almaniyanın Köln şəhərində “Edition Winterwork” nəşriyyatı tərəfindən “Etude of Karabakh” (Qarabağ etüdləri) kitabı ingilis dilində çap edilib.
Kitabı çapa Orhan Aras hazırlayıb. Kitabda şairin Qarabağ mövzusunda yazdığı son şeirləri və poemaları yer alıb.
Kitab Almaniyanın Milli Kitabxanasına, eyni zamanda Avstriya, İsveçrə, Fransa, Belçika və Lüksemburqun kitabxanalarına göndərilib. Kitabın bu il Beynəlxalq Frankfurt, Leypsiq və İstanbul kitab sərgilərində nümayiş etdirilməsi nəzərdə tutulur.
“Qarabağ etüdləri” Elçin İsgəndərzadənin Almaniyada çap olunmuş ikinci kitabıdır. Şairin bundan öncə 2011-ci ildə Berlində “Ölkələr, insanlar, sevdalar” adlı kitabı çap olunub. Ümumiyyətlə, müəllifin indiyə qədər Rusiya, Almaniya, İngiltərə, Fransa, Yunanıstan, Albaniya, Suriya, Bolqarıstan, Ruminiya, Türkiyə, İran, İraq, Polşa və digər ölkələrdə 35 kitabı çap edilib.