Türkiyənin Konya vilayətində orta məktəbdə qız və oğlan şagirdlərə ayrı siniflərdə dərs keçilməsinə qərar verilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, növbəti tədris ilində Səlcuqlu rayonundakı Konevi Anadolu Liseyində qərarın icrasına başlanacaq. Bununla bağlı liseyin rəhbərliyi təhsil müəssisəsinin rəsmi internet səhifəsində açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2017-2018 tədris ilində məktəbdəki oğlan və qız şagirdlərə dərs ayrı siniflərdə tədris ediləcək.
Açıqlama ciddi müzakirələrə səbəb olub. Cümhuriyyət Xalq Partiyasından millət vəkili Tuncay Özkan məsələyə sərt reaksiya göstərib: “Dünya elmlə inkişaf etdir, bizim məktəb direktorları isə qız-oğlanları ayırmaqla məşğuldurlar. Bu, təhlükəli gedişdir. Təhsil naziri İsmət Yılmazı qanunazidd hərəkət edən direktoru cəzalandırmağa çağırıram”.