https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
28 Aprel 2024
27 Aprel 2024

Ronaldo “Real”da qalır

Ronaldo “Real”da qalır

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya vergi orqanlarına 14.7 milyon avro ödəməyə qərar verib.

Qol.az-ın "Cope"yə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu mümkün həbs cəzasından qurtalmaq üçün bu addımı atıb.

Qeyd edək ki, K.Ronaldonun 2011-2014-cü illər ərzində 14.7 milyon avronu vergidən yayındığı bildirilir. Bununla əlaqədar onun iyulun 31-i məhkəmə qarşısına çıxacağı bildirilirdi.

Bu arada məlum olub ki, Ronaldo Portuqaliya millisindəki komanda yoldaşlarına “Real”da qalmaq istədiyini deyib. “AS” qəzetinin yazdığına görə, klubun prezidenti Florentino Peresin son müsahibəsi futbolçunu məmnun edib. Bununla belə o, yekun qərarını Pereslə görüşdən sonra verəcək.

Qeyd edək ki, Peres müsahibəsində bildirib ki, Ronaldonun vergini bilərəkdən yayınmaq məqsədi olmayıb: “Ümumiyyətlə, “Real” Ronaldo ilə bağlı başqa klubla danışıqlar aparmaq fikrində deyil. Çünki o, klub tariximizin bir parçasıdır”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.