“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiya (“ABB-Moskva”) və Gürcüstandakı (“ABB-Gürcüstan”) törəmələri sağlamlaşdırma prosesindən keçib”.
“APA-Economics” xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
“Hər iki bank fəaliyyət göstərdiyi ölkələrin hüquqi tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Onların balansları təmizdir, kapitalları yetərli səviyyədədir. Lakin bizim üçün əsas olan ana bankın (ABB) sağlamlaşdırılmasıdır”, - deyə o qeyd edib.