"Hazırda ölkədəki monetar situasiya birmənalı deyil. Düşünürəm ki, artıq yaranmış müsbət meyl uçot dərəcəsinin azaldılmasına imkan yaradır. Təbii ki, son söz və qərar tənzimləyici orqan olan Mərkəzi Bankındır".
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
"Mən müstəqil şəxs kimi qeyd edə bilərəm ki, iqtisadiyyatdakı müsbət meyllər uçot dərəcəsinin aşağı salınmasına imkan yaradır", - deyə Z.Nuriyev qeyd edib.
Bununla yanaşı, təşkilat rəhbəri uçot dərəcəsinin hansı səviyyəyədək aşağı salınması ilə bağlı proqnoz vermək istəməyib: "Konkret bir rəqəm demək çətindir, lakin düşünürəm ki, uçot dərəcəsinin 12%-dək azaldılması realdır".