|
|
|
|
Rusiyanın Krasnoyarsk şəhərindən Bakıya birbaşa aviareys açılıb.
"APA-Economics" "Federal Press" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən marşrut üzrə ilk uçuşu iyunun 21-də "İrAero" aviaşirkəti yerinə yetirib.
Krasnoyarsk şəhərinin "Yemelyanovo" hava limanının mətbuat xidmətindən bildirilib ki, ilk aviareysə sərnişinlər tərəfindən tələbat 100% olub.
Bildirilir ki, bu marşrut üzrə aviareyslər oktyabr ayının 25-dək yerinə yetiriləcək.
"İrAero" Bakıya həftədə iki dəfə - çərşənbə və bazar günləri uçacaq. Krasnoyarskdan saat 18:50-də qalxan "Sukhoi Superjet 100" təyyarəsi Bakıya 20:00-da enib. Əks istiqamətdə uçuş vaxtına gəlincə, Bakıdan 21:30-da qalxan təyyarə Krasnoyarska 04:50-də enəcək.