İyulun 11-də Ağdaş Şəhər Musiqi Məktəbində “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar-treninq keçirilib.
Tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə Milli Kitabxana birgə təşkil ediblər. Seminar-treninqə Mərkəzi Kitabxana Sisteminin (MKS) müvafiq kateqoriyalarının və kənd filiallarının işçiləri qatılıblar. Ağdaş şəhəri regional mərkəz olmaqla, tədbir Ucar, Zərdab və Göyçay rayonlarını da əhatə edib. Milli Kitabxananın son illər ərzində çap etdirdiyi metodik və biblioqrafik vəsaitlərinin təqdimatı da bu seminar-treninq çərçivəsində gerçəkləşib.
Tədbirdə Ağdaş rayon MKS-in direktoru Seyfəddin Feyzullayev, Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış ediblər. Müasir dövrdə kitabxanaların qarşısında duran əsas vəzifələrdən danışılıb, innovasiyaların kitabxanalara tətbiqindən bəhs olunub.
Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov çıxışında tədbirin önəmini qeyd edib, treninqin işinə uğurlar arzulayıb.
ŞAHANƏ