Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb.
525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.