https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

“Bakıdan xoş təəssüratlarla ayrılacağam”

ATICILIQ ÜZRƏ AVROPA ÇEMPİONU, ALMANİYALI MONİKA KARÇ: “AZƏRBAYCANDA BÜTÜN YARIŞLAR YÜKSƏK SƏVİYYƏLİ TƏŞKİLATÇILIĞI İLƏ SEÇİLİB”

“Bakıdan xoş təəssüratlarla ayrılacağam”

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə - iyulun 28-də qrup yarışlarına start verilib.

Gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı üzrə qadınların yarışı Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb. Bolqarıstanlı Miroslava Minçeva bütün rəqiblərinə qalib gələrək 33 xalla qızıl medala sahib olub. Çexiyalı Anna Dedova 30 xalla ikinci, Macarıstan təmsilçisi Veronika Major isə 25 xalla üçüncü yerdə qərarlaşıblar.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının final mərhələsində isə Almaniya təmsilçisi qızıl medal qazanıb. Almaniyalı Monika Karç bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 39 xal toplayıb. Polşalı Klaudia Bres 33 xalla gümüş, Bolqarıstan təmsilçisi Mariya Qrozdeva isə 29 xalla bürünc medala sahib olub.

“Azərbaycanda bütün yarışlar yüksək səviyyəli təşkilatçılığı ilə seçilib. Çox sevinirəm ki, Bakıda qələbə qazandım. Bu qələbəmi dostlarıma həsr edirəm”. Bu sözləri atıcılıq üzrə Avropa çempionatının qalibi, almaniyalı Monika Karç AZƏRTAC-a müsahibəsində deyib. Bakıya ilk dəfə səfər etdiyini bildirən M.Karç yüksək səviyyədə təşkil olunan çempionatın gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdıraraq deyib: “Rəqiblərim çox güclü idi. Titullu idmançılara qarşı mübarizə apardım və sonda sevinən tərəf mən oldum. Bakıdan xoş təəssüratlarla ayrılacağam. Bakıya yenidən qayıtmağı düşünürəm. Çünki burada istirahət etmək üçün gözəl şərait var”.

“Küləklər şəhəri” Bakıda təşkil olunan bu mötəbər yarışda iştirak etməkdən çox məmnunuq. Türkiyə Avropa çempionatına 15 idmançı ilə qatılıb. Təəssüf ki, atıcılarımız mükafatçılar sırasına düşə bilməyiblər”. Bu fikirləri isə Atıcılıq üzrə Türkiyə milli komandasının baş məşqçisi Barış Sözər deyib. Təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayan B.Sözər qeyd edib: “İki ay əvvəl atıcılarımız Bakıda IV İslam Həmrəyliyi Oyunlarında da mübarizə apardılar. Həmin turnirdən ölkəmizə medallarla qayıtdıq. Avropa çempionatında da bu uğuru təkrarlamaq istəyirdik”. Azərbaycanda idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayan baş məşqçi türkiyəli atıcıların Qəbələdə keçirilən turnirlərə də qatıldıqlarını bildirib. Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini diqqətə çatdıran B.Sözer bu barədə danışarkən deyib: “Hamımız Azərbaycana heyranıq. Burada özümüzü doğma evimizdəki kimi hiss edirik. Hamı gülərüzlü, mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, həm Azərbaycan, həm də Türkiyə idmançıları uğurla çıxış edib fəxri kürsüdə yer alacaqlar”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.