|
|
|
|
Avqustun 4-də Sahibkarlığa Kömək Milli Fondu Saatlının Qıraqlı kəndində işgüzar forum keçirib.
Fonddan verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Artıq sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Qeyd edək ki, əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.
Ceyhun ABASOV