https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
17 May 2024
16 May 2024

"Neymar "Barselona"lıya yaraşan hərəkəti etmədi"

"Neymar "Barselona"lıya yaraşan hərəkəti etmədi"

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu Neymarın PSJ-yə transfer olunmasına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, braziliyalı hücumçunun Kataloniya klubundan bu cür ayrılmasının xoş olmadığını deyib: "Neymar "Barselona" oyunçusuna yaraşan hərəkəti etmədi".

Klub rəhbəri bildirib ki, ötən il Neymarın "Barsa"dan ayrıla biləcəyindən şübhələniblər: "Ona görə də Neymarla ötən il müqavilə imzalayanda təzminat qiymətini 222 milyon avroya yüksəltdik. Komandada qalsaydı, onun timsalında möhtəşəm oyunçunu heyətimizdə saxlayacaqdıq. Getsəydi, klubumuza yeni və rəqabətə hazır oyunçular qatmaq üçün yaxşı büdcə əldə edəcəkdik".

Bartomeu heç bir oyunçunun "Barselona"dan böyük olmadığını vurğulayıb: "Messi və İnyestanın kluba olan sədaqəti hər bir oyunçuya örnək olmalıdır".

Qeyd edək ki, Neymar PSJ ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalayıb. Bu transfer üçün Paris klubu 222 milyon avro təzminat ödəyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.