https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
17 May 2024
16 May 2024

ABŞ məşhur futbolçuya qarşı sanksiya tətbiq etdi

ABŞ məşhur futbolçuya qarşı sanksiya tətbiq etdi
ABŞ Maliyyə nazirliyi narkomafiya ilə əlaqəli olduqlarına görə Meksikanın 42 şirkəti və 22 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onların arasında məşhur futbolçu Rafael Markesin də adı var.
 
Sanksiya siyahısına həmçinin tanınmış müğənni Xulio Sezar Alvares Montelonqo da düşüb.
 
“Hər iki şəxs narkokartelin başçısı Flores Hernandeslə uzunmüddətli münasibətlərdə, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan təşkilatlarla əlaqədə olmaqda günahlandırılır”, nazirliyin məlumatında vurğulanıb.
 
Meksika futbol tarixində ən yaxşı oyunçulardan biri kimi tanınan 38 yaşlı Rafael Markes “Monako” (1999-2003) və “Barselona” (2003-2010) kimi məşhur klublarda çıxış edib. Hazırda Meksikanın “Atlas Qvadalaxara” klubunun şərəfini qoruyur. 
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.