https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
16 May 2024

Türkiyə futbolunda yeniliklər

Türkiyə futbolunda yeniliklər
Türkiyə Futbol Federasiyası (TFF) ölkə kubokundan sonra Super Liqanın formatında da dəyişiklik edib.
 
Apasport.az saytının məlumatına görə, TFF-nin yeni qərarına əsasən, bundan sonra elita klubları oyunlar zamanı iştirak ərizələrinə 18-21 futbolçu daxil edə biləcəklər.
 
Hansısa komandanın iştirak ərizəsi 18 futbolçudan ibarət olsa, biri qapıçı olmaqla ən azı 7 futbolçunun Türkiyə millisində oynamaq hüququna malik olması şərtdir. İştirak ərizəsi 18 nəfərdən ibarət olacağı təqdirdə Türkiyə vətəndaşlığına malik oyunçuların minimum sayı 8 olmalıdır. 20 və ya 21 futbolçudan ibarət siyahı ilə oyuna çıxacaq komandalar isə azı 9 milli üzvlüyünə namizədə yer verməlidir.
 
TFF yeni mövsümlə bağlı başqa dəyişikləri də bəyan edib. Belə ki, klubların istəyinə əsasən, yeni mövsümdə hər oyundan öncə və fasilədə qazonun sulanması barədə təlimat olacaq.
 
Bundan əlavə, oyunun gedişində eyni vaxtda isinmə hərəkətləri yerinə yetirəcək oyunçu sayı da 5-ə qaldırılıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.