“Astara (Azərbaycan)-Astara (İran)” dəmir yolu altı aydan sonra istifadəyə veriləcək.
“APA-Economics” İranın “Financial Tribune” saytına istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının dəmiryolu rəhbərinin müavini Nurullah Biranvand deyib.
Onun sözlərinə görə, ilk yük çoxfunksiyalı nəqliyyat vasitəsilə daşınacaq.