Şimali Koreya Yaponiyanın şimal istiqamətində raket buraxılışın həyata keçirib.
BBC Rusiyanın xəbərinə görə, səhər saatlarında buraxılan raket Yaponiyanın Hokkaydo adasının üzərindən uçaraq Sakit okeana düşüb. Yaponiya tərəfi raketi vurmaq üçün heç bir cəhd göstərməyib.
Mətbuat xidməti bildirir ki, raket partlayaraq üç hissəyə bölünüb. Hadisə ilə əlaqədar Yaponiya hakimiyyəti yerli sakinlərə xəbərdarlıq ünvanlayıb və ehtiyat tədbirlər görməyi xahiş edib.
Zeynəb ƏKBƏR