Bu il Türkiyənin kurort şəhəri olan Antalyada istirahət edən Rusiya vətəndaşlarının sayı rekord həddə çataraq 2 milyon 350 min nəfər olub.
Bu haqda Rusiya Turoperatorları Assosiasiyasına istinadən Rusiya Mətbuatı xəbər yayıb.
Məlumatda qeyd edilir ki, Rusiyadan Antalyaya istirahətə gedənlərin sayı siyasi böhran dövründən daha çoxdur.
Xatırladaq ki, Türkiyəyə gələn turistlərin 40%-ni Rusiya vətəndaşları təşkil edir.
Zeynəb ƏKBƏR