Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində Ankara ilə münasibətləri yaxşılaşdırmasına çalışacağını bildirib.
Ria Novostinin xəbərinə görə, kansler press konfransda Türkiyə ilə münasibətləri haqda sualları cavablandırıb.
”Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışacağıq, lakin proseslər göstərir ki, Türkiyə hüquqi inkişaf üçün doğru yolla getmir”, -deyə, A.Merkel bildirib.
Qeyd edək ki, son zamanlarda Ankara və Berlin arasındakı münasibətlər Türkiyədə baş vermiş dövlət çevrilişindən sonra həmin ölkədə baş qaldıran siyasi basqıların üzündən gərginləşib.
Çevrilişlə bağlı baş verən həbsləri Almaniya kəskin tənqidlə qarşılayaraq Türkiyəni söz azadlığının olmamasında, jurnalistlərin həbsində günahlandırıb.
Türkiyə dövlət başçısı isə öz növbəsində kansleri ölkə düşməni adlandıraraq Almaniyada yaşayan türkləri Angela Merkelin əleyhinə səs verməyə cağırıb.
Zeynəb ƏKBƏR