Sentyabrın 28-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türkiyə-Azərbaycan nəşriyyatı” adlı simpoziumun açılış mərasimi keçiriləcək.
Türkiyə səfirliyindən 525.az-a verilən məlumata görə, açılış mərasimində səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri və s. iştirak edəcək.
Səfirliyin Mədəniyyət və tanıtma müşavirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə kitabçılığın inkişaf etdirilməsi yolları, Türkiyə-Azərbaycan əlaqələri, həyata keçiriləcək layihələr haqda məruzələr oxunacaq.