ABŞ Federal Ehtiyat Sisteminin (FED) Filadelfiya üzrə rəhbəri Patrik Harker dekabrda uçot dərəcəsinin artırılacağını deyib.
"APA-Econonomics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bundan öncə Canet Yellen ilin sonunadək bir faiz artımının olacağına işarə edib. Beləliklə, P. Harker rəhbərinə dəstəyini ifadə edib.
P. Harker əlavə edib ki, 2018-ci ildə üç faiz artımı olacaq.
FED rəsmisi inflyasiyanın 2%-ə doğru yüksələcəyinə inamını ifadə edib.