https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024

Yığmamız Avropa kubokunda birinci oldu

Yığmamız Avropa kubokunda birinci oldu
Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub. Yeniyetmə cüdoçularımız daha 3 medal qazanıblar.

Avropa kubokunda ölkəmizi təmsil edən Azər Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sloveniyada Azərbaycan cüdoçularına qitə birinciliyinin qızıl medalları təqdim olunub və onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
 
Digər təmsilçimiz İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olub.
 
Bununla da, Azərbaycan milli komandası Avropa kuboku yarışında 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.
 
Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlan, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunurdu.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.