https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024

Argentina-Azərbaycan matçının baş tutmasına Messi mane olub

Argentina-Azərbaycan matçının baş tutmasına Messi mane olub
Argentina millisinin Azərbaycanla yoldaşlıq görüşünün baş tutmamağının səbəbkarları bəlli olub.

Apasport.az-ın vanguardngr.com saytına istinadən məlumatına görə, Argentina yığmasının futbolçuları həm Azərbaycan, həm də Ukrayna ilə qarşılaşmaq istəməyiblər.
 
Nigeriya ilə razılıqdan əvvəl Azərbaycan və Ukrayna ilə qarşılaşmaq “tanqoçular”ın məşqçilər korpusuna təklif olunub. Argentina Futbol Assosiasiyası (AFA) dünya çempionatına ev sahibliyi edəcək Rusiya ilə anlaşdıqdan sonra AFFA və Ukrayna tərəfi ilə danışıqlara başlayıb. Hətta danışıqların müsbət məcrada davam etdiyi və müəyyən yol qət olunduğu bildirilib. Lakin kapitan Lionel Messi və digər aparıcı oyunçular bunun baş tutmasına mane olublar. Belə ki, assosiasiya oyunçulara 3 komanda (Nigeriya, Azərbaycan, Ukrayna) arasında seçim etmək imkanı verib. Futbolçular Afrika komandasını üstün tutduqlarından, cənubi amerikalıların planı dəyişib.
 
Yerli ekspertlərdən olan Tim Martin bunu normal addım hesab edib: “AFA-nın məşqçilər korpusu və kapitanlar başda olmaqla, futbolçularla məsləhətləşməsi normaldı. Oyunçulara 3 komanda təklif olundu. Assosiasiya Rusiyaya yaxın olduğu üçün Azərbaycan və Ukrayna variantını təklif etmişdi. Ancaq oyunçular fərqli dada sahib olmaq üçün Nigeriya variantını seçdilər”.
 
Qeyd edək ki, Argentina - Nigeriya oyunu noyabrın 14-də Krasnodarda keçiriləcək.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.